EN

Ronalduya görə Pro Liqanın yayımı dayandırıldı Səudiyyə Ərəbistanına milyardlarla ziyan

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"FOX Sports" Səudiyyə Pro Liqasının yayımını dayandırmaq qərarına gəlib. 

Fanat.Az xəbər verir ki, məlumatı "Speedline" yayıb.

Bu qərar superulduz Kriştianu Ronaldu ətrafında davam edən vəziyyətlə bağlıdır. Futbol mühitində ciddi rezonans yaradan hadisəni nəzərə alan nəhəng beynəlxalq televiziya kanalı radikal qərar verib.  

Mənbənin məlumatına görə, bu addım liqanın ciddi maliyyə itkilərinə yol aça bilər. Bildirilir ki, media və kommersiya problemləri nəticəsində liqa təxminən 2.4 milyard dollar gəlirdən məhrum olmaq riski var.

Xatırladaq ki, Ronaldu Kərim Benzemanın liqadakı əsas rəqibinə transferinə kəskin reaksiya vermiş və "Əl-Nəsr"in qış transfer bazarındakı passivliyinə kəskin etiraz etmişdi. Ər-Riyad klubunun bir transfer belə edə bilməməsinə etiraz olaraq, portuqaliyalı son 2 oyuna çıxmayıb. 

Ronaldu 2023-cü ildən paytaxt təmsilçisinin formasını geyinir. Sözügedən futbolçunun klubu ilə anlaşmasının müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 12 milyon avro ilə dəyərləndirir.

 

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
1
fanat.az

2Sources