EN

Zelenski: Ukraynaya hücumda 400-dən çox PUA və 40-a yaxın raketdən istifadə olunubFOTO

Rusiyanın kütləvi hücumundan sonra təhlükəsizlik vəziyyətinin imkan verdiyi hər yerdə xilasetmə və təmir işləri davam edir. Gecə hücumunda 400-dən çox dron və təxminən 40 müxtəlif növ raketdən istifadə olunub.

Xezerxeber.az xəbər verir ki, bu bəyanatla Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.

O, əsas hədəfin elektrik şəbəkəsi, o cümlədən generasiya və paylama yarımstansiyaları olduğunu qeyd edib. Volın, İvano-Frankovsk, Lvov və Rovno bölgələrində həmin obyektlərə ziyan dəyməsi qeydə alınıb. Rovnoda hündürmərtəbəli bina zərər görüb. Dronlar Vinnitsa vilayətinin Ladıjin şəhərindəki kənd təsərrüfatı kollecinin inzibati binasına zərbələr endirib.

Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev və Xarkov vilayətlərinə də zərbələr endirilib. Hava hücumundan müdafiə qüvvələri bəzi bölgələrdə fəaliyyətini davam etdirir.

“Rusiya hər gün həqiqi diplomatiya yolunu seçə bilər, lakin o, yeni zərbələr endirilməsini seçir. Üçtərəfli danışıqları dəstəkləyənlərin hamısının buna cavab verməsi vacibdir. Moskva soyuq havalarda Ukraynaya təzyiq göstərmək imkanından məhrum edilməlidir. Bunun üçün “Patriot, NASAMS və digər sistemlər üçün raketlər lazımdır. Hər bir tədarük bu qışı keçirməyimizə kömək edir. Bunu anlayan və səmimi-qəlbdən kömək edən bütün tərəfdaşlarımıza təşəkkürümü bildirirəm”, - deyə Zelenski əlavə edib.

  • Zelenski:
  • Zelenski:
  • Zelenski:
  • Zelenski:
  • Zelenski:
Chosen
3
3
xezerxeber.az

4Sources