Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Ölkəyə idxal olunan bəzi mobil telefonların maya dəyəri dəfələrlə artıb.
"AzPolitika" xəbər verir ki, mobil telefonların idxalı ilə məşğul olan Aqşin Məmmədzadənin sözlərinə görə, illərdir bu işi görür. Lakin bu il qüvvəyə minən qanun işləri bir az qəlizləşdirib.
Belə ki, əvvəl 8 manat 50 qəpiyə alınan düyməli mobil telefonun qiyməti gömrük və aksiz vergisi ilə birlikdə 15-16 manata başa gəlirdi. Qanunda olan yeni dəyişiklikdən sonra bu qiymət 40 manatı ötür.
Aqşin Məmmədzadə "Xəzər Xəbər"ə bildirib ki, qanundakı dəyişiklik dəyəri 200 manatdan aşağı olan mobil telefonların satış qiymətinə ciddi təsir edir. Bu səbəbdən də 20 manat tarifi və ƏDV-nin telefonların qiymət bölgüsünə görə hesablanması daha məqsədəuyğun olardı.
Sahibkarın fikri ilə bağlı Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.