EN

Ayağı velosipedin pedalına sıxışan 4 yaşlı uşağa köməklik göstərilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Bu barədə Adalet.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedal hissəsində sıxılıb qalmış 2022-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

Chosen
9
22
adalet.az

10Sources