EN

"Qarabağ"da həyəcan siqnalı - Bu oyunçular nə işə yarayır? - VİDEO

"Qarabağ" bu dəfə Şamaxıda dumana düşdü.

Ağır fevral ilk addımındaca "Qarabağ"ı büdrətdi.

Ağdam klubunun ikinci heyəti bu mövsüm bir işə yaramır.

Bəs siz "Qarabağ"da nə günə lazımsınız?

5 min dollar maaşa ölkəmizə gələn Kərim Rossi isə qollarını sıralamağa davam edir. Gətirəndə də belə əcnəbilər gətirəsən gərək. Qiymət ucuz, keyfiyyət yüksək.

Məqsədi liqada qalmaq olduğu üçün 9 yerli oyunçu ilə meydana çıxan "Kəpəz"i tovuzlular birnəfəsə udmağa məhkum idi.

Əvəzində Azər Bağırovun yetirmələri bir qədər diqqətli ola bilsəydi, meydandan daha yaxşı nəticə ilə ayrıla bilərdi.

Premyer Liqada rəqib tanımayan "Sabah" kubokda özünə bənzəmədi. Rotasiyalı heyətlə meydana çıxan Valdas Dambrauskasın komandası "Qəbələ" ilə matçdakı qolsuz bərabərliyə görə sevinə bilər.

2026-cı ildə məğlub olmayan "Qəbələ" hələ çoxuna başağrısı olacaq.

Bu fikirləri Xanoğlan İmanov Sportinfo TV-də yayımlanan yeni videosunda ölkə kubokunun 1/4 final mərhələsinin birinci oyunlarından danışarkən səsləndirib.

Aşağıdakı linkə daxil olaraq onun çıxışını zləyə bilərsiniz:

Chosen
16
sportinfo.az

1Sources