Bakının Nərimanov rayonu, Qarabağ küçəsi 33 ünvanında yerləşən “East Residence” MTK ilə bağlı sakinlərin şikayətləri artmaqdadır.
Sakinlərin iddiasına görə, köhnə evləri söküldükdən sonra yeni mənzillə təmin olunacaqları vəd edilsə də, təxminən dörd ildir bu öhdəlik yerinə yetirilmir. Bildirilir ki, bu müddət ərzində nə mənzil verilib, nə də kirayə haqqı ödənilib.
Şikayətçilər MTK-nın ofisinin bağlı olduğunu, şirkət nümayəndələrinin isə onlarla əlaqə saxlamadığını deyirlər. Məsələ ilə bağlı mediada video materiallar da yayılıb.
NOCOMMENT.az videoları təqdim edir:
Sara