EN

Epşteynlə bağlı şok detallar ortaya çıxdı: Görün yüz milyonlarını və adalarını kimə vəsiyyət edib… – FOTO

Dünya mediası amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yayımlanan yeni sənədləri diqqətdə saxlamaqda davam edir.

KONKRET.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin ötən həftə açıqladığı növbəti sənəd paketində Epşteynin ölümündən cəmi iki gün əvvəl imzaladığı maliyyə sənədi də yer alıb.

Bu barədə BBC məlumat yayıb.

Sənədlərə əsasən, Epşteyn vaxtilə sahib olduğu böyük sərvətinin əhəmiyyətli hissəsini o dövrdəki belaruslu rəfiqəsi Karina Şulyaka ötürməyi planlaşdırıb. Söhbət təxminən 100 milyon dollar məbləğindən gedir. Vəsiyyət xarakterli sənəd “1953 Trust” adlanır və “Epşteyn işi” üzrə hökumət tərəfindən açıqlanmış materiallar arasında açıq şəkildə mövcuddur.

Maliyyə vəsaitləri ilə yanaşı, Epşteynin Karina Şulyaka Little St. James və Great St. James adalarını, eləcə də çəkisi təxminən 32,73 karat olan brilyant üzüyü vəsiyyət etdiyi bildirilir.

Daha əvvəl açıqlanmış sənədlərdə Epşteynin 2016-cı ildə Belarus vizası üçün müraciət etdiyi də göstərilir. Onun adından doldurulmuş anketdə səfərin məqsədi kimi “investisiya məqsədilə biznes axtarışı” qeyd olunub. Epşteynin həmin səfəri reallaşdırıb-reallaşdırmadığı isə məlum deyil.

Açıqlanan fayllar arasında Karina Şulyakın 24 aprel 2016-cı ildə Belarusun Nyu-Yorkdakı Baş Konsulluğuna ünvanladığı məktub da var. Məktubda o, Epşteyni Minsklə tanış olmağa dəvət edir və onun öz ailəsi ilə birlikdə qalacağını yazır.

Bundan əvvəl jurnalist araşdırmalarında Epşteynin Belarusa 10 min və 20 min dollar məbləğində pul köçürmələri etdiyi də iddia olunmuşdu.

Karina Şulyak kimdir?

Karina Şulyak Belarus universitetlərindən birinin keçmiş tələbəsidir. KİV-lər onu Epşteynin sevgilisi kimi təqdim edir. Onların 2009-cu ildə ABŞ-də tanış olduqları bildirilir. Daily Mail nəşri daha əvvəl yazmışdı ki, Epşteyn Şulyakın anasının bahalı müalicə xərclərini qarşılayıb və Minskd ə yaşayan valideynlərinə ev almaq üçün maliyyə dəstəyi göstərib.

The New York Times qəzetinin məlumatına görə isə Karina Şulyak Epşteynin ölümündən əvvəl telefonla əlaqə saxladığı sonuncu şəxs olub.

Hazırda beynəlxalq media yeni sənədlərin Epşteynin maliyyə əlaqələri və şəxsi münasibətləri ilə bağlı əlavə suallar doğurduğunu yazır. Rəsmi qurumlar isə açıqlanan materiallarla bağlı əlavə şərh verməyiblər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
8
1
konkret.az

2Sources