Fevralın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdikləri üçün itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, axtarış tədbirləri davamlı şəkildə həyata keçirilir.