EN

Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar

Bakıda yerləşən “İdrak” liseyində ötən gün silahlı insident baş verib. Hadisə zamanı liseyin 10-cu sinif şagirdi müəlliminə ov tüfəngi ilə atəş açıb. Nəticədə 29 yaşlı qadın müəllim xəsarət alıb.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, hadisənin yeni təfərrüatları məlum olub.

Belə ki, müəlliminə atəş açan şagird sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında zorakılıq və silahlı insidentləri əks etdirən videolara tez-tez maraq göstərib və bu cür paylaşımları bəyənib.

Məlumata əsasən, o, müəlliminə atəş açmazdan əvvəl ayaqyoluna gedib və izlədiyi videolardakı obrazlara bənzər şəkildə xaki rəngli geyim geyinib. Daha sonra sinfə qayıdaraq müəllimə atəş açıb.

Həmçinin qeyd olunur ki, şagird hadisədən əvvəl 2-3 gün ardıcıl olaraq məktəbə iri çanta ilə gəlib. Bir neçə dəfə məktəbin mühafizəçisi tərəfindən saxlanılaraq çantasında nə olduğu soruşulub. O isə çantada idman geyimi olduğunu bildirib və geyimi göstərib.

Hadisə baş verdikdən sonra müəllimlər sinfə daxil olub. Bu zaman o, həyəcanlanaraq panikaya düşüb və “mən vurmaq istəmirdim” kimi ifadələr səsləndirib.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Chosen
4
50
azedu.az

10Sources