EN

Pekin Trampı Çinə səfərini ləğv etməklə hədələdi

Çin Vaşinqtonun Tayvana yeni silah partiyasının satışını davam etdirəcəyi təqdirdə ABŞ Prezidenti Donald Trampın aprel ayında Pekinə planlaşdırılan səfərini ləğv edə bilər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, bəzi ABŞ rəsmiləri hesab edirlər ki, Çin blef edir və Trampın səfəri ləğv olunmayacaq.

Eyni zamanda, bəzi ekspertlərin fikrincə, Tramp Çindən qayıdana qədər Tayvana silah satışını təxirə salacaq.

“Financial Times” yazıb ki, Tramp administrasiyası dekabr ayında açıqlanan rekord 11.1 milyard dollarlıq silah paketinə əlavə olaraq, Tayvanın satın alması üçün dörd sistemdən ibarət paket hazırlayır. Tayvan “Patriot” raketlərindən əlavə, ABŞ-dən “NASAMs” zenit-raket kompleksi, qabaqcıl “yer-hava” sinifli raketi və iki digər silah sistemini ala bilər. Bir neçə məlumatlı mənbə nəşrə bildirib ki, müqavilənin dəyəri 20 milyard dollara çata bilər.

Qeyd edək ki, Çin Sədri Si Cinpin fevralın 4-də Trampla telefon danışığı zamanı Tayvana silah satışı məsələsini qaldırıb.

Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin vurğulayıb ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.

Xatırladaq ki, dekabrın əvvəlində Tramp administrasiyası Tayvana 11 milyard dollar dəyərində silah satışını elan edib. Paketə “HIMARS” yaylım atəşli reaktiv qurğular, haubitsalar, tank əleyhinə raketlər və hücum PUA-ları (Pilotsuz Uçuş Aparatları – dron) daxildir.

Buna cavab olaraq, Çin hakimiyyəti ABŞ-nin müdafiə sahəsi ilə bağlı 20 şirkətinə qarşı məhdudlaşdırıcı tədbirlər elan edib.

Chosen
7
2
editor.az

3Sources