EN

BDYPİ sürücülərə müraciət etdi

Bakı. Trend:

Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarındanəqliyyat vasitələrinin sayının əhəmiyyətli dərəcədə artması yolhərəkəti təhlükəsizliyinə xüsusi diqqət tələb edir. İstirahətgünlərində şəhərdənkənar istiqamətlərə, turizm və istirahətzonalarına yönələn intensiv hərəkət axını fonunda baş verənyol-nəqliyyat hadisələri, əksər hallarda sürücülərin tələskənliyi,diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirməməsi ilə bağlıolur.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)sürücülərə müraciətində qeyd olunub.

"Baş Dövlət Yol Polisi İdarəsi hazırda mövsüm üçün xarakterikolan hava şərtlərini diqqətdən qaçırmamaq şərti ilə bir daha səfərəhazırlaşan sürücülərin diqqətinə çatdırır ki, texniki cəhətdənnasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq, yorğun və yuxusuz haldaavtomobil idarə etmək, ara məsafəsini gözləməmək, sürət həddiniaşmaq, ötmə və manevr qaydalarını pozmaq yol-nəqliyyat hadisəsiriskini dəfələrlə artırır və bir çox hallarda ağır nəticələrə səbəbolur. Xüsusilə uzun məsafəli səfərlər zamanı sürücülərin fasilələrverməsi, avtomobilin texniki vəziyyətini əvvəlcədən yoxlaması vəyol şəraitinə uyğun hərəkət etməsi vacibdir", - müraciətdəbildirilib.

Chosen
22
43
az.trend.az

10Sources