EN

Suriya Prezidenti: Dəməşq tarixən Şərqin elm və təhsil mərkəzi olub

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraanın iştirakı ilə paytaxt Dəməşqdə Əsəd rejiminin devrilməsindən bəri ilk dəfə keçirilən 57-ci Beynəlxalq Kitab Sərgisinin rəsmi açılışı olub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, açılış mərasimində çıxış edən Şaraa deyib: “Bəşəriyyət uzun müddətdir həqiqəti axtarır, daha çox bilik şüuru dərinləşdirir və öyrənməyə ehtiyacı artırır”.

 

O, kitab sərgisini Suriyanın tam azadlığa qovuşmasından sonra mədəni dəyərlərə qayıdış və mühüm yeni başlanğıc kimi xarakterizə edib, iştirakçılara bilik və öyrənməyə davamlı çıxış arzulayıb.

 

Şaraa bilik çatışmazlığı olan millətlərin zəif, elm öyrənən və onu tətbiq edənlərin isə güclü olduqlarını bildirib. O əlavə edib ki, Dəməşq tarixən elm və təhsil şəhəri olub, onun təsiri bütün Şərqdə və Qərbdə inkişaf üçün vacib bir platforma rolunu oynayıb.

 

Dəməşq Beynəlxalq Kitab Sərgisi ərəb dünyasının ən qədim və böyük mədəni tədbirlərindən biridir. Sərgi fevralın 6-da ictimaiyyət üçün açıq elan edilib.

 

Sərgi fevralın 16-na qədər “Yazdığımız və oxuduğumuz bir tarix” şüarı altında keçiriləcək. Bu tədbir Əsəd rejiminin süqutundan bəri ilk dəfə Suriya Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur və bu il onun fəxri qonaqları qismində Səudiyyə Ərəbistanı və Qətər seçilib.

Chosen
6
2
senzor.az

3Sources