ABŞ prezidenti Donald Tramp ABŞ-ın İrandan mal və ya xidmət idxal edən dövlətlərdən gətirilən məhsullara əlavə rüsumlar tətbiq edə bilməsini nəzərdə tutan fərman imzalayıb.
Â
Bu barədə cümə günü Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Â
Sənədə əsasən, ABŞ-a idxal edilən və birbaşa və ya dolayı yolla İrandan mal və ya xidmət alan istənilən ölkədə istehsal olunan məhsullara, məsələn, 25% həcmində əlavə advalor (malın dəyərinə proporsional) rüsumlar tətbiq oluna bilər.
Â
Qeyd edək ki, bu tədbirlər fevralın 7-dən qüvvəyə minəcək.
Â
APA
Tarix: 7 Fevral 2026, 08:28Â Â Â