EN

“Mançester Yunayted” “Qarabağ”ın rəqibinin oyunçusu ilə maraqlanır

ain.az, Idman.biz saytına istinadən bildirir.

“Mançester Yunayted” “Nyukasl”ın 24 yaşlı cinah oyunçusu Entoni Qordonu transfer etməyi düşünür.

İdman.Biz bildirir ki, bu barədə sosial mediada jurnalist Ben Ceykobs məlumat verib.

Məlumata görə, Qordon mərkəz hücumçusu kimi daha çox oyun vaxtı istəyir.

Qordon bu mövsüm bütün yarışlarda 33 oyunda iştirak edib, 10 qol vurub və dörd məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 60 milyon avrodur.

“Nyukasl” Çempionlar Liqasının pley-off mərhələsindən “Qarabağ”ın rəqibidir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources