EN

İşıq pulunun çox gəlmə səbəbi bilindi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Evlərdə işığı yandırıb-söndürməyin yoxsa yanılı saxlamağın daha qənaətli olması mövzusu illərdir müzakirə edilir. Çoxları elə düşünür ki, işığı hər dəfə söndürüb yenidən yandırarkən sərf olunan enerji, onun yanılı qaldığı müddətdən daha çoxdur. Lakin müasir texnologiyalar bu köhnəlmiş inancı alt-üst edir.Demokrat.az xəbər verir ki, bu yanaşma yalnız keçmişdə qalan közərmə lampaları üçün qismən keçərli ola bilərdi. İndiki dövrdə istifadə etdiyimiz LED və ağıllı lampalar işə düşmə anında demək olar ki, yox deyiləcək qədər az enerji sərf edir. Bu o deməkdir ki, otağı tərk edərkən işığı söndürmək hər bir halda birbaşa qənaət deməkdir.Əslində elektrik faturasındakı rəqəmləri kiçiltmək üçün yalnız işıq düyməsinə fokuslanmaq kifayət deyil. Əsl qənaət "gözəgörünməz" sərfin qarşısını almaqdan keçir. Məsələn, cihazları gözləmə (stand-by) rejimində saxlamamaq, sensorlu işıqlandırma sistemlərinə keçmək və ağıllı ev avtomatlaşdırmasından istifadə etmək, ayın sonunda faturada daha ciddi fərq yaradır. Bir sözlə, istifadə etmədiyiniz hər bir cihazı söndürmək həm cibinizə, həm də enerjiyə qənaət baxımından ən doğru addımdır.Demokrat.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
38
demokrat.az

1Sources