EN

ABŞ dövlət katibi: Rusiya illərdir ki, nüvə silahına dair müqaviləni pozur

Rusiya illərdir ki, START müqaviləsini (Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi) müqaviləsini pozur, ona görə də Vaşinqton yeni bir razılaşma imzalamaq istəyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun açıqlamasında bildirilib.

O qeyd etdi ki, Moskva 2023-cü ildə yeni START müqaviləsinin tətbiqini dayandırıb və illərdir onun şərtlərini pozur. Onun sözlərinə görə, Rusiya mövcud nəzarət sistemini məhv edib.

"Müqavilə ən azı iki tərəfin iştirakını tələb edir və ABŞ bir seçim qarşısında qalıb: ya birtərəfli öhdəlik götürmək, ya da yeni bir dövrün yeni bir yanaşma tələb etdiyini qəbul etmək. Köhnə yaxşı yeni START müqaviləsi deyil, yeni bir şey".

O, START-3 müqaviləsinin 5 fevralda qüvvədən düşdüyünü xatırladıb. İndi ilk dəfə olaraq, ABŞ və Rusiya arasında nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı vahid etibarlı razılaşma yoxdur.

Dövlət katibi əlavə edib ki, Rusiya Çinin nüvə arsenalını qeyri-şəffaf və sürətlə artırmasını dəstəkləyir. O, 2020-ci ildən bəri Pekinin nüvə başlıqlarının sayını 200-dən 600-ə qədər artırdığını və 2030-cu ilə qədər bu rəqəmin 1000-i keçə biləcəyini vurğulayıb.

Chosen
26
far.az

1Sources