EN

Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq qərara alıram:

1. "Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. "Azərbaycan Respublikasının İlisu Milli Parkı haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 fevral 2026-cı il

1Sources