EN

Pambıq kimi yumşaq: List çörəyi resepti

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səhər yeməklərinin ulduzu olacaq, qoxusu bütün evi bürüyən, hazırlanması isə olduqca sadə olan ev çörəyi.

Milli.Az lazım olan inqrediyentləri təqdim edir:

5 su bardağı un (təxmini, lazım gəldikdə artırıla bilər)

2 su bardağı ilıq su

1 paket quru maya (və ya yarım paket yaş maya)

1 yemək qaşığı şəkər tozu

1.5 çay qaşığı duz

3 yemək qaşığı duru yağ

Üzəri üçün:

1 yemək qaşığı qatıq (bir az su ilə qarışdırılmış)

Küncüt və ya çörekotu

Hazırlanma Qaydası

Böyük bir qabda ilıq su, şəkər tozu və mayanı qarışdırın. Mayanın köpüklənməsi üçün 5-10 dəqiqə gözləyin.

Mayalı qarışığa duru yağı və duzu əlavə edin. Unu az-az (hissə-hissə) əlavə edərək yoğurmağa başlayın. Ələ bir az yapışan, lakin elastik və yumşaq xəmir əldə etməlisiniz.

Xəmirin üzərini təmiz bir dəsmal və ya streç filmlə örtüb, isti bir yerdə həcmi iki qat artana qədər (təxminən 45-60 dəqiqə) dincəldin.

Mayalanan xəmirin havasını bir-iki dəfə yoğuraraq çıxarın. Yağlanmış soba listinə xəmiri yayın (əlinizlə kənarlara doğru genişləndirin).

Xəmiri listin içində də 15-20 dəqiqə gözlədin ki, daha yaxşı qabarsın.

Üzərinə durulaşdırılmış qatıq çəkin, bıçaqla yüngül cızıqlar atın və küncüt/çörəkotu səpin.

Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üzəri və altı tam qızarana qədər (təxminən 30-35 dəqiqə) bişirin.

Su mütləq ilıq olmalıdır; qaynar su mayanı öldürər, soyuq su isə qabartmaz.

Çörəyin daha yumşaq olması üçün sobanın aşağı hissəsinə kiçik bir qabda su qoya bilərsiniz. Bu, sobanın daxilində nəm yaradaraq çörəyin qurumasının qarşısını alacaq.

Çörəyi sobadan çıxaran kimi üzərinə çox az su çiləyib dəsmalla örtsəniz, qabığı daha yumşaq olar.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
1
news.milli.az

10Sources