ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniya futbol çempionatının 23-cü turunun oyununda “Selta Viqo” “Osasuna”nı qəbul edib.
İdman.Biz-in məlumatına görə, matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
35-ci dəqiqədə Raul Moronun ötürməsini Ante Budimir başla qapıya göndərib. İkinci hissənin əvvəlində “Selta Viqo” bərabərliyi bərpa edib: Borja İqlesias penaltini dəqiq yerinə yetirib. Qonaqlar 79-cu dəqiqədə qələbə qolunu vurublar. Alexandro Katenanın ötürməsindən Raul Qarsiya hesabı 2:1 edib.
Bu turdan sonra “Selta” La Liqa turnir cədvəlində yeddinci yerdədir, “Osasuna” isə səkkizinci pilləyə yüksəlib.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.