Azərbaycan və İordaniya Bakı ilə Əmman arasında mövsümi çarter reyslərindən ilboyu müntəzəm hava əlaqəsinə keçid imkanını müzakirə edirlər.BUTA.TV xəbər verir ki, bu barədə Report-a müsahibəsində İordaniyanın Azərbaycandakı səfiri Ömər əl-Nahar bildirib. "Bakı ilə Əmman arasında mövsümi çarter daşımalarından ilboyu müntəzəm hava əlaqəsinə keçid kommersiya baxımından səmərəliliyinin qiymətləndirilməsi və təhlili mərhələsindədir. Qeyd etdiyim kimi, bu məsələ 2025-ci il noyabrın 26-27-də Hökumətlərarası Komissiyanın iclası zamanı nazirlər səviyyəsində müzakirə mövzusu olub", - o deyib. Onun sözlərinə görə, turizmin təşviqi üzrə birgə marketinq daxil olmaqla, bir sıra təşəbbüslərin işə salınması üçün institusional baza və icra mexanizmləri artıq yaradılıb.