Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Masallıda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 1947-ci il təvəllüdlü Qardaş Məhərrəm oğlu Fətullayev dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Qardaş Fətullayev “Masallı Ziyalıları” İctimai Birliyinin sədri olub.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Qardaş Fətullayev xidmətlərinə görə “Şərəf nişanı” ordeni, “Əmək igidliyinə görə” və “Tərəqqi” medalları ilə təltif olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.