Bakı. Trend:
Polis əməkdaşları Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiriPeter Mandelsonun məxfi hökumət məlumatlarını amerikalı maliyyəçiCeffri Epşteynə ötürdüyü iddiası ilə əlaqədar olaraq onun ikievində axtarış aparılıb.
Trend-in məlumatına görə, bu barədə London polisi bildirib.
Qeyd olunub ki, axtarışlar iki ünvanda - İngiltərənincənub-qərbindəki Uiltşir qraflığında və Londonun Kemden rayonundaaparılır.
"Axtarışlar vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdavam edən istintaq çərçivəsində aparılır. İş üzrə 72 yaşlı kişişübhəli qismində iştirak edir. O, saxlanılmayıb", - deyə polis qeydedib.