Xatırladaq ki, Luçano Spallettinin komandası pley-offda Türkiyə çempionu ''Qalatasaray'' ilə qarşılaşacaq. ''Yuventus'' tarixinin ən məhsuldar oyunçusu statusunda olan 51 yaşlı Del Pyero bunları deyib:
''Məncə, ''Yuve''nin ÇL-də mərhələni adlamaq şansları kifayət qədər yüksəkdi. Oyunçuların ''Qalatasaray''a qarşı hər iki matça yaxşı konsentrasiya olacaqlarını düşünürəm. Təbii ki, ''Yuve''nin bu mövsüm ÇL-də finala yüksələ biləcəyindən danışmaq düzgün olmaz. Bu, onların finala çıxa biləcəyi mövsüm deyil. ''Futbol ili''nin əvvəllərində hansı çətinliklərdən keçdiklərini nəzərə alsaq, ÇL-də sadəcə pillə-pillə irəliləmək barədə düşünməlidilər. Spalletti ''Yuve''yə qalib mentalitetini qaytarmağa çalışır. Komandanın hər oyunda meydana qələbə üçün çıxmasına nail olmaq istəyir. Məncə, bu, düzgün yanaşma tərzidi''.
A seriyasında liderdən 10 xal geridə olan Turin nəhəngi son olaraq ölkə kubokunun 1/4 finalında ''Atalanta'' önündə 0:3 hesablı şok məğlubiyyətlə üzləşib.