EN

İran Azərbaycanla bağlı gözlənilən xəbəri açıqladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın yol və şəhərsalma nazirinin müavini, eyni zamanda İnkişaf və İnfrastruktur Şirkətinin rəhbəri Huşəng Bazvənd Ərdəbil dəmir yolunun gələcək inkişaf istiqamətləri ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sabalanema.ir” nəşri məlumat yayıb.

Bazvəndin sözlərinə görə, Ərdəbil dəmir yolunun əvvəlcə Muğan bölgəsinə, daha sonra isə Azərbaycan Respublikası və Orta Asiya ölkələri ilə birləşdirilməsi İran üçün strateji hədəflər sırasındadır.

Nazir müavini bildirib ki, bu layihə təkcə regional nəqliyyat imkanlarını genişləndirməyəcək, eyni zamanda İranın Qafqaz və Rusiya istiqamətində ticarət və yükdaşımalarını da əhəmiyyətli dərəcədə artıracaq.

Bazvənd qeyd edib ki, sözügedən dəmir yolu marşrutu beynəlxalq tranzit baxımından mühüm əhəmiyyət daşıyır və region ölkələri arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər. Onun fikrincə, Ərdəbil–Muğan–Azərbaycan xətti İranın Orta Asiya bazarlarına çıxışını asanlaşdırmaqla yanaşı, ölkənin tranzit mərkəzi kimi rolunu da möhkəmləndirəcək.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
globalinfo.az

1Sources