İtaliyada təşkil olunan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir.
Apasport.az verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.
Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.
Açılış mərasimini Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibi Azər Əliyev də izləyir.
Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Azərbaycanın İslam Oyunlarının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşib
İslam Oyunları: İdmançılarımız 3 növdə mübarizə aparacaqlar
İslamiadanın azərbaycanlı rəsmisi: "Mənə deyirlər ki, yenə sizinkilər... "
İslamiadanın gümüş medalçısı: "Bundan sonrakı hədəfim…"