EN

“Real”ın sabiq üzvü MLS klubunda - RƏSMİ

“Real Madrid” və “Bavariya”nın sabiq yarımmüdafiəçisi Xames Rodrigesin yeni klubu bəlli olub.

Apasport.az xəbər verir ki, 34 yaşlı kolumbiyalı futbolçu karyerasını ABŞ-da davam etdirəcək.

O, MLS təmsilçisi “Minnesota Yunayted”ə transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Kolumbiya millisinin üzvü cari ilin sonuna qədər “Minnesota Yunayted”in şərəfini qoruyacaq.

Qeyd edək ki, Xames Rodrigesin son klubu Meksikanın “Leon” komandası olub. O, karyerası ərzində “Portu”, “Monako”, “Everton” və digər klubların da formasını geyinib.

“Fənərbaxça”nın AL üçün iştirak ərizəsi bəlli olub

Kordobanın məsləhəti ilə: “Beşiktaş” kolumbiyalı qapıçı gətirir

Türkiyəyə gəlmədi, Madriddə parıldadı – Lukmandan debütdə qol - VİDEO

“Konyaspor”un baş məşqçisi bəlli oldu

“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb

Chosen
31
apasport.az

1Sources