ain.az bildirir, Metbuat saytına əsaslanaraq.
Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafinin dəfn mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, Beni Vəliddə keçirilən dəfn mərasimində 50 min liviyalı iştirak edib. Dəfn mərasimində Seyf əl-İslam Qəddafinin və atası Müəmmər Qəddafinin fotoşəkilləri daşınıb.
Qeyd edək ki, Liviyanın Baş Prokurorluğu 53 yaşlı Seyf əl-İslam Qəddafinin Tripolidən 136 kilometr cənub-qərbdə yerləşən Zintandakı evində öldürüldüyünü açıqlayıb. Onun güllələnərək öldürüldüyü bildirilib, lakin əlavə məlumat verilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.