ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin XRG şirkətinə satılması ilə bağlı alqı-satqı müqaviləsi imzalanıb. Bu sənəd strateji enerji əməkdaşlığının yeni mərhələsinə işarə edir. XRG Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu bu payla layihədə davamlı xarici sərmayə və dərin regional enerji əməkdaşlığına töhfə verəcək.
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “Cənub Qaz dəhlizi” payının bir hissəsini Birləşmiş Əmirliklərinin XRG şirkətinə satılıb. Bu iki ölkə arasındakı razılaşmadan irəli gəlir: “Bu məsələ münasibətlərə və Türkiyə-Azərbaycan arasında olan müqavilələrə heç bir təsir göstərmir. “TANAP “Cənub Qaz Dəhlizi”nin geostrateji onurğasıdır. Qardaş Türkiyə burada həm tranzit ölkədir, həm də pay sahibidir. BƏƏ-nin XRG şirkətinin bura daxil olması kapitalın şaxələndirilməsi ilə yanaşı bu qaz dəhlizinin dayanıqlığının artırılmasıdır. Bu məsələ genişlənmə mərhələsi kimi dəyərləndirilməlidir. Azərbaycan da zaman ötdükcə əlavə gəlir mənbələrinin və ümumiyyətlə digər ciddi şirkətlərin bura qoşulmasını təhdid kimi görmür. Əksinə, bu məsələdə TANAP üzərindən keçən qazın həcmi artdıqca, Türkiyə burada daha çox qovşaq rolunu oynayır və real bazar əsaslı bir məsələyə çevrilir. Körfəz ölkələri ciddi kapitala malikdirlər. Onların maliyyəsinin və kapitalının strateji layihə olaraq bura daxil olması, bu xəttin həm koordinasiya, həm də çoxvektorlu olmasını əsaslandırır. Azərbaycan və Türkiyə arasında dövlətlərarası ciddi strateji ittifaqdır. SOCAR və BOTAŞ bu mənada artıq uzunmüddətli, çox yaxşı, uğurlu fəaliyyət göstərir və bu iki ölkə arasındakı bütün sahələrdə dostluğa, qardaşlığa və ən yüksək strateji münasibətlərin səviyyəsinə və ikitərəfli etimada əsaslanır. Burada ərəb şirkəti operator deyil, maliyyə və portfel investorudur. Yəni qərarverici tərəf deyil, burdan pay götürən tərəfdir. Təbii ki, investisiya qoymaq məsələləri də burada öz əksini tapır. Ümumiyyətlə, bunun həm siyasi, siyasi, həm iqtisadi müsbət tərəfləri mövcuddur. TANAP layihəsi, ümumiyyətlə, bir çox ölkələrin hal hazırda diqqəti üzərində olan bir layihədir”
Vüqar İskəndərov
Vüqar İskəndərov vurğulayıb ki, Azərbaycanın müəllifliyi və Türkiyə ilə Azərbaycanın əməkdaşlığı artıq Avropanın bir çox ölkələrin enerji təhlükəsizliyində əvəsiz rol oynayır. Deputatın fikrincə, artıq Azərbaycan və Birləşmiş Əmirlikləri arasında münasibətlər ən yüksək səviyyəyə qalxır: “Bu münasibətlər yalnız siyasi yox, iqtisadi, hərbi, hərb sənayesi, humanitar və digər çoxşaxəli sahələri də əhatə edir. Bu səbəbdən də zaman ötdükcə artıq Ərəb Əmirliklərinin, Azərbaycanda və Azərbaycanın da bu ölkədə investisiya layihələri icra olunacaq. Bu da ümumiyyətlə, hər iki ölkəyə, həm də dost ölkələrə də mütləq surətdə yalnız fayda gətirəcək”.
İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.