EN

Epşteyn Bakı ilə bağlı görün nə deyib: İlk dəfə ortaya çıxdı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən məxfilikdən çıxarılan və “Epşteyn kitabxanası” kimi tanınan sənədlər bədnam maliyyəçi Ceffri Epşteynin müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələr qurmaq cəhdlərinə dair maraqlı detalları üzə çıxarıb.

Globalinfo.az xəbər verir ki, bu barədə arxiv materiallarında yer alan məlumatlarda göstərilib. Belə ki, 2011–2015-ci illər ərzində bir sıra vasitəçilər Epşteyni Azərbaycana cəlb etməyə çalışıb, ona Bakı səfəri və ölkə rəhbərliyi ilə yüksək səviyyəli görüşlər vəd ediblər.

Sənədlərdə qeyd olunur ki, bu təkliflər zamanı Azərbaycanın paytaxtı xüsusi şəkildə təqdim edilib. Vasitəçilər Bakını “Parisdən daha gözəl” şəhər kimi xarakterizə edərək, Epşteyn üçün cəlbedici obraz formalaşdırmağa çalışıblar.

Məqsəd onun regiona marağını artırmaq və Azərbaycanda nüfuzlu əlaqələr qurmasına zəmin yaratmaq olub.Epşteyn isə buna inanın və ona yaxın dairələrə Bakını Parislə müqayisə edərək bu ölkəyə səfərin vacibliyin vurğulayıb.

Arxivlərdə diqqət çəkən digər məqam isə 2014-cü ilə aiddir. Həmin dövrdə Epşteynin dairəsi vasitəsilə Azərbaycana səfər etməsi nəzərdə tutulan nümayəndə heyəti ilə bağlı yazışmalar yer alır. Sənədlərə görə, “HDI İnstitutu” adlı qurum əvvəlcədən planlaşdırılmış konqresmenlərin səfərdən imtina etməsi ehtimalını nəzərə alaraq, onları əvəz edə biləcək “nüfuzlu şəxslər” axtarışında olub.

Bu şəxslərə birinci sinif uçuşlar, yüksək səviyyəli qəbul və ölkə hakimiyyətinin ən üst eşelonlarına çıxış imkanları vəd edildiyi bildirilir.

Qeyd edək ki, “Epşteyn kitabxanası”ndan açıqlanan sənədlər hazırda beynəlxalq mediada geniş müzakirə olunur və müxtəlif ölkələr, təşkilatlar və şəxslərlə bağlı yeni suallar doğurur.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
30
2
globalinfo.az

3Sources