Bakı. Trend:
ABŞ hakimiyyəti İranla əlaqəli sanksiya siyahısına 14 tankerəlavə edib.
Trend-inməlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi xəbər verib.
Bundan əlavə, məhdudiyyətlər Türkiyə, BƏƏ və Çin də daxilolmaqla 15 şirkətə tətbiq edilib.
Sanksiyalar iki fiziki şəxsə də şamil olunub.
ABŞ Dövlət Departamenti qeyd edib ki, sanksiyalar "İran nefti vəneft məhsullarının qanunsuz ticarəti ilə bağlıdır".