GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın Qərb ölkələri, xüsusilə ABŞ və Avropa İttifaqı (Aİ) ilə yaxınlaşması Moskva ilə İrəvan arasındakı münasibətlər üçün yeni çağırışlar yaradır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.
Diplomat qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı açıq şəkildə düşmən mövqe sərgiləyir və tərəfdaş ölkələrə də bu siyasəti dəstəkləmək yönündə siqnallar verir.
“Bu proses, şübhəsiz ki, münasibətlərimiz üçün yeni problemlər yaradır və hər iki tərəfdən ağıllı, müdrik və balanslı yanaşma, eləcə də strateji uzaqgörənlik tələb edir”, – Kopırkin vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin əsas hədəflərindən birinin Avropa İttifaqına üzvlük olduğunu bəyan etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.