EN

Bakıda restoran piyada keçidini zəbt etdi – ŞİKAYƏTVİDEO

Bir vaxtlar piyada keçidi yerləşən yerdə restoran üçün əlavə, yəni artırma tikili inşa edilib... Ortada qalan və piyadaların keçib gedə biləcəkləri hissəyə isə bilərəkdən mişar daşı düzülür ki, vətəndaşlar yolu oradan yox, başqa ərazidən keçib getsinlər...

Görüntüləri "Xəzər Xəbər"in vatsap qaynar xəttinə çəkib göndərən vətəndaş deyir ki, "Öz kardeşlər" restoranı piyada keçidinin bir hisəsini zəbt edib, qalan ensiz hissədə isə işıqfor yerləşir. Ərazidə 3 orta məktəb yerləşdiyindən, xüsusilə dərsə gələn və gedən məktəblilər bu yolda hər gün təhlükə yaşayırlar.

Sakinlər deyirlər ki, paytaxtın Səttar Bəhlulzadə küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən iaşə obyekti əvvəl keçid üçün az da olsa, yer saxlamışdı. Lakin bir müddətdir həmin yolu da keçmək olmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
39
12
xezerxeber.az

10Sources