Müğənni Əlikram Bayramov "Günə Uğurla" verilişinin canlı efirində duyğulu anlar yaşayıb.
Sənətçi anası ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməyib.
Bayramov anasının dünyasını dəyişməsi, dəfn mərasimi və yaşadığı ağrılı anları xatırladaraq səmimi etiraflar edib. Onun bu sözləri studiyadakı qonaqları və izləyiciləri kövrəldib:
"Mənə həyat bəxş edən, hər əziyyətimi çəkən insanı öz əllərimlə dəfn etdim. Bunu özümə bağışlaya bilmirəm. O an içimdən gəldi, amma bu günə qədər gözümün önündən getmir. Buna peşmanam və heç kimə belə etməyi tövsiyə etmirəm".
Əlikram Bayramov bildirib ki, anası onun üçün həm ana, həm də ata olub: