EN

Liftdə QORXULU ANLAR: Hava şarları qəfil ALIŞDI – VİDEO

Hindistanda liftdə hava şarları qəfil alışıb.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Hindistanda bir kuryer əlində çoxlu sayda hava şarı ilə liftdə digər sərnişinlərə qoşulub.

Lakin bir neçə saniyə sonra liftin kabinəsində qəfil alışma baş verib, ətrafı tüstü bürüyüb və insanların qışqırıq səsləri eşidilib.

Məlum olub ki, şarlar tezalışan hidrogen qazı ilə doldurulubmuş. Liftin qapalı məkanı isə vəziyyəti daha da pisləşdirib.

Xoşbəxtlikdən, hadisə anında lift hələ hərəkətə başlamadığı üçün daxildəki insanlar dərhal çölə qaçaraq canlarını xilas edə biliblər.

Ehtimal olunur ki, şarlardan sızan qaz liftin daxilindəki hava ilə qarışaraq yanacaq-hava buludu yaradıb.

Bu qarışığın alışması üçün hətta kiçik bir statik elektrik qığılcımı belə kifayət edib. Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
43
interpress.az

1Sources