Türkiyə estradasının meqastarı Tarkanın İstanbulda verdiyi konsert proqramı başa çatıb. Ulduz müğənni yanvarın 16-dan bu günə kimi “Volkswagen Arena”da 10 dəfə pərəstişkarlarının qarşısına çıxıb. Metbuat.az xəbər verir ki, 7 il sonra Türkiyədə konsert verən meqastar ABŞ-a külli miqdarda vəsaitlə dönüb. Türkiyə mediasının yazdığına görə, Tarkanın 10 konsertdən qazancı 500 milyon türk lirəsi (20 milyon AZN) olub. Qeyd edək ki, müğənninin konsert biletləri onlayn satışa çıxarılandan 3-4 dəqiqə sonra satılıb qurtardığı üçün sənətçi əvvəlcədən nəzərdə tutulduğu kimi 4 deyil, 10 gün konsert verməli olub. Tarkanın İstanbul konsertlərində üst-üstə 70 min adam iştirak edib.