EN

Yük maşını QƏZA TÖRƏTDİ: İstilik boruları sərnişin avtobusunun ÜZƏRİNƏ AŞDI – VİDEO

Nijniy Novqorodda yük maşını istilik borularını sərnişin avtobusunun üzərinə aşırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Nijniy Novqorod şəhərində təhlükəli yol-nəqliyyat hadisəsi baş verib. Bezvodnaya küçəsində hərəkətdə olan yük avtomobili yolun üzərindən keçən istilik sistemi borularına çırpılıb.

Zərbənin gücündən dayaqlarından qopan ağır borular həmin vaxt yolda olan sərnişin avtobusunun üzərinə düşüb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Qəza anı ərazidəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Videogörüntülərdə boruların aşması nəticəsində avtobusa ciddi ziyan dəydiyi görünür.

Hazırda hadisə yerində aidiyyəti qurumlar çalışır, qəzanın fəsadları aradan qaldırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
27
interpress.az

1Sources