EN

Avropa Komissiyası “TikTok”a bu səbəbdən xəbərdarlıq edib

Bakı. Trend:

Avropa Komissiyası “TikTok”un istifadəçilərdə asılılıq yaradabilən dizayn xüsusiyyətlərinə görə xəbərdarlıq edib.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, komissiyanın ilkinqiymətləndirməsində platformadakı “Infinite Scroll”, “Autoplay” vəfərdiləşdirilmiş tövsiyə alqoritminin istifadəçilərin özünüidarəetmə qabiliyyətini zəiflədiyi və asılılıq riskini artırdığıqeyd olunub.

Məlumata görə, bu xüsusiyyətlərin xüsusilə azyaşlılar vəasılılığa meyilli yetkinlər üçün zərərli olduğu vurğulanıb.

Komissiya “TikTok”da ekran vaxtı məhdudlaşdırılması və valideynnəzarəti funksiyalarının mövcud olduğunu qeyd etsə də, bu alətlərikifayət qədər təsirli saymır. Buna görə də platformanın dizaynındaköklü dəyişikliklər tələb olunur: avtomatik ekran fasilələri tətbiqedilməli və “Infinite Scroll” funksiyası aradanqaldırılmalıdır.

“TikTok” tələbləri yerinə yetirməzsə, şirkət illik qlobalgəlirinin 6 faizi qədər cərimə ilə üzləşə bilər.

“TikTok” isə iddialara cavab vermək üçün vaxt istəyib vənəticələrə qarşı çıxacağını açıqlayıb.

Chosen
36
2
az.trend.az

2Sources