EN

“Kristina” qasırğası bu ölkəyə azı 4 milyard avro ziyan vurub

Bakı. Trend:

Portuqaliya hökumətinin ilkin hesablamalarına görə, “Kristina”qasırğasının zədələdiyi infrastrukturun bərpası azı 4 milyardavroya başa gələcək.

Trend xəbər verir ki, bubarədə xarici KİV-lər məlumat yayıb.

Ölkənin iqtisadiyyat naziri Manuel Kastro Almeyda “RTP”telekanalına açıqlamasında bildirib ki, dəyən zərər iqtisadiyyatüçün ciddi bir şok olacaq.

O əlavə edib ki, qiymətləndirməyə təchizat zəncirindəkifasilələr kimi dolayı itkilər daxil deyil. İstehsal sahələritamamilə dağıldığı üçün bəzi şirkətlər fabrikləri yenidən qurmalıolacaqlar.

Qeyd edək ki, “Kristina” qasırğası Portuqaliyanı yanvarın 31-dəvurub. Sürəti saatda 200 kilometri ötən külək ölkədə təxminən 450min ev təsərrüfatını elektriksiz qoyub və azı beş nəfər ölüb.

Məqalədə:
Chosen
21
az.trend.az

1Sources