EN

Tramp Barak və Mişel Obamanın meymun kimi təsvir olunduğu video paylaşdı

BAKI, 6 fevral. TELEQRAF

ABŞ Prezident Donald Trampı keçmiş Prezident Barak Obama və həyat yoldaşı Mişelin meymun kimi təsvir olunduğu videosunu yayıb.

Teleqraf xəbər verir ki, görüntülər "Truth Social" platformasında paylaşılıb.

Paylaşımda 2020-ci ildə keçirilmiş prezident seçkilərində saxtakarlığa yol verildiyi iddia olunur. Paylaşımın fonunda "Aslan Kral" cizgi filmindən mahnı səsləndirilir.

Kaliforniya qubernatoru Qevin Nyusomun mətbuat xidməti prezidentin hərəkətlərini qəbuledilməz adlandırıb və respublikaçıları dərhal bu paylaşımı pisləməyə çağırıb .

Obamanın keçmiş müşaviri Ben Rods da sərt tənqidlər səsləndirib. Rods bildirib ki, Obamalar tarixdə hörmətli və sevimli insanlar kimi xatırlanacaq, hazırkı prezident isə ölkənin "ləkəsi" olaraq qalacaq. Rods Tramp tərəfdarlarını irqçi adlandırıb.

Daha əvvəl, 2025-ci ilin iyul ayında Tramp süni intellektlə yaradılan Barak Obamanın videosunu yayımlamışdı. Videoda FTB agentlərinin keçmiş prezidenti həbs etməsi əks olunurdu. Videoda Co Bayden və Nensi Pelosi də əks olunmuşdu.

Chosen
133
teleqraf.com

1Sources