EN

Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələr təsdiqlənib FƏRMAN

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parkları haqqında əsasnamələrin təsdiq edilməsi barədə Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabineti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Milli parkların yaradılmasının məqsədləri təbiət komplekslərini, nadir və etalon təbiət ərazilərini, tarix-mədəniyyət obyektlərini qoruyub saxlamaq, turizm və rekreasiya üçün şərait yaratmaq, təbiəti mühafizənin və ekoloji maarifçiliyin elmi metodlarını hazırlamaq və tətbiq etmək, əhalini ekoloji cəhətdən maarifləndirmək, ekoloji monitorinqi həyata keçirmək, eyni zamanda, zədələnmiş təbiət, tarix-mədəniyyət komplekslərini və obyektlərini bərpa etməkdir.

Chosen
27
12
yeniazerbaycan.com

10Sources