EN

Kəmalə Günəşli yayılan videosundan danışdı Lüt deyiləm

ain.az, Demokrat.az saytına istinadən bildirir.

İfaçı Kəmalə Günəşli Tarix Əliyevin aparıcılıq etdiyi verilişdə gözlənilməz iradla üzləşib.Demokrat.az xəbər verir ki, canlı yayım zamanı studiyaya zəng edən tamaşaçı sənətçinin geyimini və rəqsini tənqid edib. İradlar qarşısında səssiz qalmayan Kəmalə Günəşli efirdə sərt mövqe nümayiş etdirib. O, özünü belə müdafiə edib:“Mən orada lüt formada deyiləm. Tərbiyəsiz danışmıram. Ola bilər, yaxşı rəqs etmirəm, elə görünür. Amma həmin rəqs videoma bir gecənin içində 5 milyon baxış gəlib, 200 minə yaxın bəyənmə qoyulub. Nəyi pisdir?”Müğənni vurğulayıb ki, səhnə obrazı və performansı hər kəs tərəfindən bəyənilməyə bilər, lakin sosial şəbəkələrdəki yüksək baxış və bəyənmə rəqəmləri marağın açıq göstəricisidir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
demokrat.az

1Sources