EN

“Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun (SADMİAK) 28-ci buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a bildirilib ki, əvvəlcə hərbi liseyin ərazisindəki Heydər Əliyev muzeyi ziyarət olunub, Ulu Öndərin büstü önünə gül dəstələri düzülərək xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Tədbir xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə MMU-nun rektoru general-mayor Gündüz Əbdülov çıxış edərək məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Keçirilən kursun əhəmiyyətindən danışan rektor milli müdafiə təhlükəsizliyinin gücləndirilməsinə, strateji planlaşdırmanın dərinləşdirilməsinə, həmçinin dövlət qurumları arasında əlaqələrin genişləndirilməsinə töhfə verəcəyini xüsusi vurğulayıb.

Sonra kursu bitirənlərə sertifikatlar təqdim olunub.

Tədbirin bədii hissəsində Azərbaycan, Türkiyə və Pakistan respublikalarının milli müsiqiləri səsləndirilib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

93501a5a6f940ab9da1db698aae0722f

271f190a3b737889e0df413cd80b59c5

95c7646c3ac05bad54cdfe4923ca60af

3cc783becbca8614d0e1c6e900b08dbb

ad23c5b83222583198ad879cf3c6d79b

ebd30bd5f4432746208bf93031f6dcad

Chosen
59
5
poliqon.az

6Sources