Hurriyyet portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Fransa hərbi komandanı Fabien Mandonun Baltik dənizinin NATO üçün tam nəzarətdə olduğunu iddia edən sözləri gülüncdür.
Publika.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib.
Parlament üzvünün sözlərinə görə, Rusiya tərəfi üçün pis xəbər odur ki, Fransa Silahlı Qüvvələrinin rəhbəri bunu deyib və əgər bir şey baş verərsə, Rusiya Fransa üzərində tam nəzarəti ələ keçirməli olacaq.
Mənbə, həmçinin qeyd edib ki, qərar qəbuletmə mövqeyində olan hər kəs, xüsusən də Rusiya ilə bağlı sözlərində ehtiyatlı olmalıdır. Deputat əlavə edib ki, daha yaxşısı, susmaqdır.
Xatırladaq ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Fabien Mandon əvvəllər Finlandiya və İsveçin alyansa qoşulmasından sonra NATO-nun Baltik dənizi üzərində tam nəzarəti ələ keçirdiyini və bu faktın Rusiya tərəfi üçün pis xəbər olduğunu bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.