EN

Qurban Qurbanov ÇL-də bu mövqedə cəmi bir futbolçu ilə oynayacaq - niyə belə risk etdi?

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacağı “Nyukasl”la oyunlar üçün iştirak ərizəsini göndərib. Qurban Qurbanov heyətdə dəyişiklik edib.
“Çelsi” ilə oyunda zədələnən Kadi Borges Kris Kuakunun əvəzinə daxil edilib. Kuaku “Kopenhagen”lə oyunda 1 dəqiqə şans qazanmışdı. Başqa heç bir oyunda oynamayıb. Əslində bu ərizənin ən zəif bəndi Kuaku idi. Amma bu qərar həm də bir qədər risklidi. Komandada cəmi iki dayaq yarımmüdafiəçisi var – Pedro Bikalyo, Kris Kuaku. Düzdü, Bikalyo əsas heyətin əvəzedilməzidi. Amma Allah uzaq eləsin, ona nəsə olsa, məhz 6 nömrə oynayan kimi başqa birisi yoxdu axı. Xoni Montiel də, Marko Yankoviç də, Kadi Borges də yaradıcıdı. Amma başqa seçim də yoxdu. Bəlkə də Musa ilə Nərimandan birini də çıxarmaq olardı, amma Qurban Qurbanov Kuaku qərarını verdi. Ümid edək ki, yanılmaz.
Yeni transfer Jeremi Qnali isə heyətə daxil edilməyib. Yəqin ki, gələn mövsüm üçün hazırlanacaq transferdi. Nəzərə alsaq ki, Elvin Cəfərquliyev də yayda getməyə əsas namizədlərdəndi, belə seçim anlaşılandı.
MÜZƏFFƏR QULUZADƏ

Chosen
51
1
football-plus.az

2Sources