EN

Kamran Qasımov: “Küldə şərqi deyənlər” filmi Nigeriyada beynəlxalq festivalda nümayiş olunacaq

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

Müəllif olduğum “Küldə şərqi deyənlər” filmi “Rıvers International” beynəlxalq kino festivalının rəsmi proqramına seçilib. Kino festivalı bu ilin sentyabr ayında Nigeriyada keçiriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Kamran Qasımov deyib.

O bildirib ki, film 2025-ci ilin yanvarında Cənubi Kaliforniyada baş vermiş meşə yanğınlarından bəhs edir. Film Azər Əsgərovun dəstəyilə ərsəyə gəlib. Filmin montaj rejissoru Bəkir Osmanov, qrafik dizayneri Zaur Rəcəbov, məsləhətçisi Rafiq Pouyyadır.

“Bu film Paradise Beynəlxalq Film Festivalının (Almaniya) və Los-Ancelesdə keçiriləcək MAS Film Festivalının da əsas proqramına daxil edilib. “Real” telekanalının reportajları, “Fox” telekanalının materialları, eləcə də, mənim şəxsi arxivi əsasında hazırlanmış film “Azernyumedia” şirkətində istehsal olunub”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
azertag.az

1Sources