EN

Françesko Totti "Roma"nın rəhbər heyətinə qayıdır

"Roma"nın əfsanəvi keçmiş futbolçusu Françesko Totti klubun texniki direktoru ola bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira sosial media hesabında məlumat yayıb.

"Françesko Totti "Roma"nın texniki direktoru ola bilər. O, Paolo Maldininin bir müddət "Milan"da tutduğu vəzifəyə bənzər bir posta sahib olmağa yaxındır", - deyə Skira bildirib.

Qeyd edək ki, 49 yaşlı sabiq futbolçu 2017-ci ildə karyerasını başa vurub. O, daha sonra "Roma"nın rəhbərliyində yer alıb, lakin 2019-cu ildə klubdan ayrılıb.

"Cebheinfo.az"

Chosen
9
2
cebheinfo.az

5Sources