EN

İcbari daşınmaz əmlak sığortası etdirənlər NİYƏ AZALIB?

2025-ci ildə Azərbaycanın icbari daşınmaz əmlak sığortası üzrə sığorta haqları 80 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,3% azalma deməkdir.

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə sığorta ödənişləri 2,78 milyon manat olub və əvvəlki ilə nisbətən 6,1% azalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Hansı mənzil sahibləri sığortaya görə cərimə edilə BİLMƏZ? – AÇIQLAMA


Son dörd ilin göstəricilərinə baxdıqda, 2022-ci ildə haqlar 53,98 milyon manat, ödənişlər 1,1 milyon manat olub.

2023-cü ildə haqlar 78,2 milyon manat, ödənişlər 5,73 milyon manat səviyyəsinə yüksəlib. 2024-cü ildə haqlar 82,7 milyon manat, ödənişlər 3,31 milyon manat olub. 2025-ci ildə haqlar 80,8 milyon manat, ödənişlər 2,78 milyon manat təşkil edib.

Zərərlilik əmsalına baxdıqda, ödənişlərin haqlara nisbəti 2022-ci ildə 2%, 2023-cü ildə 7,3%, 2024-cü ildə 4% və 2025-ci ildə 3,4% olub.

Beləliklə, daşınmaz əmlak sığortasında haqlar illik dalğalanma göstərsə də, zərərlilik nisbəti son dörd ildə aşağı səviyyədə stabilləşib.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyib ki, əslində kəskin azalma yoxdur:

“Çox az səviyyədə azalma var. Bunun da əsas səbəbi odur ki, ölkəmizdə onlayn ticarət daha çox populyarlıq qazanıb. Əvvəllər sahibkarlar icarəyə obyekt götürüb ticarətlə məşğul olurdu. Amma indi bəzi iş adamları internet üzərindən ticarətlərini aparırlar. Bu səbəbdən də daşınmaz əmlakın icarəyə götürülməsinə ehtiyac qalmır.


Daşınmaz əmlak daha çox icarəyə verilərkən sığorta olunur. Məhz bu səbəbdən daşınmaz əmlakın sığorta bazarında dalğalanmalar olur. Əgər əvvəllər məsələn 100 sahibkar obyekt götürüb işlədirdisə, ötən il bu rəqəm 95 olub. Bununla belə zərərlilik nisbəti son ildə aşağı səviyyədə stabilləşib”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
11
1
bizim.media

2Sources