EN

İdrak da idrakımıza açılan atəş

ain.az, Oxu.az saytına istinadən bildirir.

Kubra Məhərrəmova yazır...

Bu səhər ölkənin adlı-sanlı, yeri gəlmişkən bahalı (illik tədris haqqı 16 500 manat) məktəblərindən birində açılan atəş səsi hər kəsi yuxudan oyatdı.

Belə ki, Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələdi. Bu ana qədər məlumat ondan ibarətdir ki, 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilib. Hazırda müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

Allah şəfa versin. Məktəbə işə gedib orada odlu silahdan yaralanmaq da qəribə bir taledir.

Taleyi bir tərəfə qoyub aşağıdakı məsələlərə diqqət çəkmək istərdim.

İlk növbədə belə çıxır ki, istər bahalı (özəl) məktəb olsun, istərsə də dövlət məktəbi, demək təhlükəsizlik məsələsinə səthi yanaşılıb.

Atəş açan uşağın ov silahını evdən aparması, məktəbə keçirməsi də suallar doğurur.

Belə çıxır ki, hər yoldan keçən bir ov silahını çiyninə alıb adıçəkilən "İdrak" liseyinə keçirə bilər.

Bu arada "İdrak" liseyinin böhran vəziyyətinə hazırlıqsız olması da ayrı mövzudur. Ölkə bir-birinə dəyib, prokurorluq artıq hadisə ilə bağlı məlumat yayıb, müəllim əməliyyat olunur, liseyin rəhbərliyi deyir ki, "hamısı medianın təxribatıdır, belə bir hadisə olmayıb".

Elə bu münasibətdən bilinir ki, "İdrak" hələ də baş verənləri idrak edə bilməyib.

Uzun sözün qısası, liseyin təhlükəsizlik təminatı və rəhbərliyin hadisəyə münasibəti də göz qarşısındadır, yeniyetmə saxlanılıb, müəllim isə əməliyyat masasında ölüm-qalım savaşı verir.

Sual olunur, necə oldu ki, belə bir vəziyyət yarandı?

Son dövrlər gündəmi zəbt edən "mafiya babaları" haqqında filmlər, sosial şəbəkələrdə "AUE"çilərin (AUE -"Арестантский уклад един") təbliğatı artıq "bəhrəsini" verir.

İllərdir "kişi ol", "yaxşı oğlan" təbliğat maşının arxasında formalaşan minlərlə, onminlərlə savadsız, biliksiz, adını belə yazmağı bacarmayan gənclər ordusu yaranıb. Savadı olmayan kütlə üçün kumir yaratmaq çox asandır.

Fizika qanunlarını bilməyən biri üçün hər şey "möcüzədir". Batareya ilə işığı yanan üzük "göylərin xeyir-duasıdır".

Yəni savad, bilik və təhsil gördüyümüz vəziyyətdə olanda kütlə ya xurafata, ya da kriminala üz tutacaq.

Təhsil institutumuz çoxdan komadadır, bioloji ölüm faktı isə sadəcə qeydə alınmır. Heç bir özəl məktəb, lisey və digər təhsil qurumu isə bu məsələni həll edə bilməyəcək.

Çünki hər şey hərlənib-fırlanıb ümumtəhsil ocaqlarından keçir. İstər özəl, istər sə də dövlət.

Savad-biliyi bir tərəfə qoyaq, diqqət edin, uşaq və yeniyetmələrin tərbiyəsi hər il daha da aşağı düşür.

Bəli, hər uşaq öz evinin aynasıdır və ailəsində nə varsa, onu da məktəbə daşıyır.

İndi deyəcəksiniz ki, bəs məktəb nə etsin?

Məktəb varlı-kasıb fərqi qoymadan hər bir şagirdə eyni davranışı nümayiş etdirməlidir. Şagirdlər arasında yaşanan istənilən konflikt maksimal dərəcədə araşdırılmalı və ədalətli qərar çıxarılmalıdır.

Uşaqlar anlamalıdırlar ki, günahkar cəzasını alacaq. Burada ədalət prinsipləri uşaq yaşlarından tərbiyə olunmalı və ədalət mexanizmi prizmasından aşınmalıdır. Nizam-intizam hər kəs üçün eyni qaydada işləməlidir.

Uşaq anlamalıdır ki, qaydalar hər kəs üçün eynidir. Bu, onun üçün ən böyük tərbiyə dərsi, nəsihət olacaq.

Həmçinin şagirdlərin qiymətləndirilmə məsələl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
oxu.az

1Sources