EN

“Ruttenin bəyanatı Ukraynaya müdaxiləyə hazırlıq deməkdir” Lavrov

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“NATO-nun baş katibi Mark Ruttenin Ali Radadakı bəyanatı Ukraynaya müdaxiləyə hazırlıq deməkdir”.

525.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Ruttenin parlamentdə, Ukrayna Ali Radasında çıxışında dedikləri müdaxilənin hazırlandığı anlamına gəlir. Baş katib təhlükəsizlik zəmanətlərinin bir mərhələdə müstəqil, digər mərhələdə isə ABŞ-ın dəstəyi ilə "istəklilər koalisiyası" tərəfindən avtomatik hərəkətləri nəzərdə tutduğunu, Böyük Britaniya və Fransanın öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirməyə hazır olduqlarını söyləyib”, - Lavrov əlavə edib. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
525.az

1Sources