Bakıxanov qəsəbəsində yerləşən 11 nömrəli poliklinikanın durumu narahatlıq doğurur.Bu barədə məlumat və görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.Bildirilib ki, tibb müəssisəsində yağışlı günlərdə damdan su sızır, dəhlizlərdə və otaqlarda rütubət yaranır.Poliklinikanın divar örtüklərinin qoparaq tökülməsi binanın nə dərəcədə köhnəldiyini açıq şəkildə göstərir. Bəzi yerlərdə tavan hissələrinin sıradan çıxması isə həm pasiyentlər, həm də tibb işçiləri üçün real təhlükə yaradır.


